ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzaladı
İKT
31.10.2025 13:09
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Malayziyanın Milli CERT-i arasında onlayn formatda Anlaşma Memorandumu imzalanıb.
TodayPress TV Xidmətə istinadən xəbər verir ki, sənəd kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, eləcə də bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyır.
Tərəflər, həmçinin informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması, birgə təlim və seminarların təşkili, qabaqcıl təcrübə və məlumat mübadiləsi, habelə yeni texnoloji həllər və innovativ yanaşmalar istiqamətlərində əməkdaşlıq edəcəklər.
Görüşdə tərəflər qeyd ediblər ki, bu sənəd informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional və qlobal təşəbbüslərdə qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
tag: ETX,Malayziya,İKT,Memorandum,Todaypress.tv,
 
        
 
                                ![Bir sıra internet [[operator və provayderlərində]] çatışmazlıqlar aşkarlandı](/uploads/news/685663498f33f.webp) 
                                            ![İnformasiya və rabitə sektorunun gəlirləri [[7%-dən çox]] artdı](/uploads/news/68514b2371fa1.webp) 
                                            ![[[Fransada "X"]] platformasına cinayət işi açıldı](/uploads/news/68713141c1bb7.webp) 
                                            ![ABŞ və Çinin süni intellekt uğrunda [[qlobal mübarizəsi]]](/uploads/news/68906b4e801ab.webp) 
                                            ![[[Süni İntellekt Akademiyası]] fəaliyyətə başladı](/uploads/news/68bea1cbec583.webp) 
                                            !["Apple" "Siri"yə [[süni intellekt]] əlavə edəcək](/uploads/news/686381234437d.webp) 
                                            ![Dövlət qurumlarına [[kiberhücumların sayı]] cüzi artdı](/uploads/news/686651c112d37.webp) 
                                            ![Dövlət informasiya [[ehtiyatları və sistemləri]] barədə qərar verildi](/uploads/news/685a88f2cc67d.webp) 
                                            !["Vivo" "Apple" dizaynını kopyalamaqda [[ittiham olunur]]](/uploads/news/68ee565518512.webp) 
                                            ![“AzStateNet” şəbəkəsi üzrə [[bloklanan zərərli keçidlər]] azaldı](/uploads/news/6891c545af550.webp) 
                                            