Elxan Əzizov: “SİMA hüquqi şəxslər üçün də tam işlək olacaq”
İKT
09.09.2025 10:51
“SİMA inteqrasiyası dedikdə, inteqrasiyanı “AzInTelecom” həyata keçirmir. Biz sadəcə həlli yaratmışıq. Əgər ABB-nin SİMA-ya tam inteqrasiya olunduğunu deyiriksə, bu, həmin həlli bizim təqdim etdiyimiz anlamına gəlir”.
TodayPress TV xəbər verir ki, bunu “AzInTelecom”un rəhbəri Elxan Əzizov “AzInTelecom”un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə deyib.
O, həll verilən qarşı tərəfdəki müəyyən çətinliklərdən bəhs edib:
“Məsələn, Dövlət Vergi Xidmətinin portalı köhnədir. Hazırda sinxronizasiya prosesi gedir və inanırıq ki, ilin sonuna qədər hüquqi şəxslərin də SİMA vasitəsilə Dövlət Vergi Xidmətinin portalından rahat istifadə etməsi təmin olunacaq.
Biz maksimum məhsulun sadə və rahat olmağına çalışırıq ki, onun inteqrasiyası da asanlıqla həyata keçirilsin. Məhsulun qoşulma mexanizmi kifayət qədər əlverişlidir və bizim də əsas məqsədimiz budur. Çünki hər bir inteqrasiyanın arxasınca getsəydik, bu qədər uğur əldə edə bilməzdik”.
Qiymət Mahir
tag: SİMA,Elxan Əzizov,Tədbir,Çıxış,Todaypress.tv,