"Android"in yeni versiyası təqdim edildi

İKT

11.06.2025 17:11

"Google" şirkəti "Android" mobil əməliyyat sisteminin növbəti versiyası olan "Android 16"nı rəsmi olaraq təqdim edib. 

TodayPress TV xəbər verir ki, yeni sistem bir sıra əhəmiyyətli funksional və təhlükəsizlik yenilikləri ilə seçilir. 

Onların arasında ən çox diqqət çəkən xüsusiyyətlərdən biri "Canlı Yeniləmələr" (Live Updates) funksiyasıdır. Bu funksiya istifadəçilərə müvafiq tətbiqləri açmadan sifarişlərin, səfərlərin və digər fəaliyyətlərin vəziyyətini real vaxtda izləməyə imkan verir. Bildiriş sistemi də təkmilləşdirilərək, dinamik yenilənmələr və bildirişlərin mənbəyə görə qruplaşdırılması funksiyaları ilə zənginləşdirilib.

Yeniliklər arasında eşitmə cihazlarından istifadə edənlər üçün mikrofon və "LE Audio" aksessuarları arasında zəng zamanı avtomatik keçid funksiyası əlavə edilib.

Bundan əlavə, "Google Foto" tətbiqinə peşəkar şəkil redaktə alətləri, "HDR" skrinşot dəstəyi və adaptiv yeniləmə sürəti kimi vizual təcrübəni artıran funksiyalar əlavə olunub.

Türkan İsgəndərli

tag: Google,Android,Sistem,Yenilik,todaypress.tv,