Spaletti məşqçilik karyerasını dayandıra bilər

İdman

10.06.2025 09:24

Spaletti məşqçilik karyerasını dayandıra bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Tuttomercato”ə nəşri məlumat yayıb. 

İtaliyanın tanınmış futbol mütəxəssisi, hazırda jurnalist kimi fəaliyyət göstərən Stefano İmpallomeni, “Skaudra Adzurra”nın baş məşqçi postundan istefa verən Luçano Spalletti ilə bağlı açıqlama verib. 

Onun sözlərinə görə, 66 yaşlı mütəxəssis yaşanan son hadisələrdən ciddi təsirlənib və karyerasını dayandırmağı düşünür.

“Spallettinin tamamilə tükəndiyi və artıq məşqçiliklə məşğul olmaq istəmədiyi deyilir. Son saatlarda ona “Fiorentina”dan təklif gəldi, amma o, bunu rədd etdi. Bir müddət əvvəl “Yuventus” da onunla maraqlanırdı. Lakin İtaliya millisindəki vəziyyət onun üçün ağır zərbə oldu,” – deyə İmpallomeni bildirib.

Qeyd edək ki, Luçano Spalletti İtaliya yığmasının baş məşqçisi postunu 2023-cü ilin sentyabrında qəbul edib. O, Norveçə 0:3 hesablı məğlubiyyətdən sonra vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Namiq HUN

tag: Məşqçi,Futbol,Klub,Karyera,Todaypress.tv,