Sergey Karyakin: “Rusiya - ABŞ şahmat matçı əla fikir olardı”
İdman
30.06.2025 13:12
Rusiyalı qrossmeyster Sergey Karyakin Rusiya və ABŞ şahmatçıları arasında mümkün matçın keçirilməsi ideyasını müsbət dəyərləndirib.
TodayPress TV xəbər verir ki, o, “Çempionat” nəşrinə danışıb:
“Əla fikirdir. Amma siyasətdə hər şey tez dəyişir. Biz bu gün plan qura bilərik, sabah isə ümumi vəziyyət tam fərqli ola bilər. Halbuki Olimpiya Xartiyasında qeyd olunub ki, idman siyasətdən kənarda olmalıdır. Əgər mübahisələr və ziddiyyətlər şahmat taxtası arxasında həll olunsaydı, bu, mənim üçün ideal dünya olardı. Mən, əlbəttə, hər cür dürüst idmanın və rəqabətin tərəfdarıyam. Belə bir təşəbbüs ortaya çıxsa, mən istənilən formada - istər təşkilatçı, istərsə də iştirakçı kimi qatılmağa hazıram”, - deyə Karyakin bildirib.
Namiq HUN
tag: Sergey Karyakin,Rusiya,ABŞ,Şahmat,Todaypress.tv,