"Real" ulduz futbolçusu 3 ay oynamayacaq
İdman
17.07.2025 12:55
İspaniyanın nəhəng futbol klubu "Real Madrid", komandanın aparıcı oyunçusu Cud Bellinqemin mövsümün əvvəlində iştirak edə bilməyəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, klubun verdiyi məlumata görə, 22 yaşlı ingiltərəli yarımmüdafiəçi iyulun 16-da çiyin əməliyyatı keçirib.
İspaniya mediasının yazdığına görə, Bellinqem təxminən 12 həftəlik bərpa müddətinə ehtiyac duyacaq.
Xatırladaq ki, 2023-cü ilin noyabrında La Liqa qarşılaşmalarından birində çiyin çıxması baş verib və o vaxtdan etibarən çiyin dəstəyi ilə oynayırdı. Oyunçunun çiyin problemi artıq uzun müddətdir onu narahat edirdi.
Mövsümün ilk həftələri ilə yanaşı, ulduz futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunlarını da buraxacağı gözlənilir. İspaniya La Liqası 15 avqustda, Çempionlar Liqası isə 16 sentyabrda start götürəcək.
Qeyd edək ki, Bellinqem "Real Madrid"i artıq ikinci mövsümdür ki, təmsil edir. O, komandanın heyətində İspaniya çempionluğu və UEFA Çempionlar Liqasını qazanan futbolçular arasında olub.
Töhfə Səməd
tag: İspaniya,Real Madrid,Çempionlar Liqası,UEFA ,Cud Bellinqem,Todaypress.tv,