“Peking to Paris Motor Challenge” avtomobil yarışı başladı
İdman
07.06.2025 20:55
Dünyanın ən həyəcanverici avtomobil yarışlarından biri olan beynəlxalq “Peking to Paris Motor Challenge” yarışı ikinci dəfə yolunu Azərbaycandan salır.
TodayPress TV xəbər verir ki, retro avtomobillərin yürüşü Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur.
Baku Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşı Əlövsət Heydərov deyib ki, “Peking to Paris Motors Challenge” – XX əsrin avtomobil əfsanələri və onların heyətləri üçün əsl sınaqdır: "37 gün ərzində iştirakçılar 12 ölkədən keçərək 14 500 kilometr məsafə qət edəcəklər. Yarış 17 may tarixində Böyük Çin səddində start götürüb və Çin, Monqolustan, Qazaxıstan ərazilərindən keçərək artıq Azərbaycana çatıb".
tag: Yarış, Bakı,Peking to Paris Motor Challenge, Avtomobil, todaypress.tv,