“Nyukasl” Şeşkonu transfer etməkdə israrlıdır

İdman

05.08.2025 09:21

“Nyukasl” klubu “Leypsiq”in 22 yaşlı hücumçusu Benyamin Şeşko üçün 90 milyon avroluq təklif göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə futbol üzrə tanınmış insayder jurnalist Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, “Nyukasl” artıq sloveniya millisinin üzvü üçün rəsmi təklif irəli sürüb. Klub futbolçunun transferi üçün 80 milyon avro əsas məbləğ və əlavə 10 milyon avro bonuslar şəklində ödəmə etməyə hazırdır.

Qeyd edək ki, Benyamin Şeşko 2023-cü ilin iyul ayından “Leypsiq” klubunda çıxış edir. O, ötən müddət ərzində 87 oyunda 39 qol vurub və 8 məhsuldar ötürmə verib.

Futbolçunun “Leypsiq”lə olan mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında forvardın bazar dəyəri 70 milyon avro təşkil edir.

Namiq HUN

tag: Nyukasl,Benyamin Şeşko,Leypsiq,Klub,Todaypress.tv,