Norris Şumaxerlə eyni səviyyəyə yüksəldi

İdman

01.11.2025 12:40

Britaniyalı “Formula-1” pilotu Lando Norris (“McLaren”) Meksika Qran-prisində qalib gələrək unikal uğura imza atıb. 

TodayPress TV xəbər verir ki, o, “Formula-1” tarixində əfsanəvi yeddiqat dünya çempionu Mihael Şumaxerdən sonra ilk 10 qələbəsini fərqli traslarda qazanan ikinci pilot olub.

Norrisin ilk 10 qələbəsi 2024–2025 mövsümlərində Mayami, Niderland, Sinqapur, Əbu-Dabi, Avstraliya, Monako, Avstriya, Böyük Britaniya, Macarıstan və Meksikada əldə olunub. 

Maraqlıdır ki, həm Şumaxer, həm də Norris altıncı qələbəsini Monakoda, doqquzuncunu isə Macarıstanda qazanıblar.

Hazırda 2025 mövsümündə 20-ci mərhələ başa çatıb. “McLaren” pilotu Meksikadakı qalibiyyəti ilə Şumaxerin tarixi nailiyyətini təkrarlayıb. Mövsümün sonuna isə hələ dörd mərhələ qalır.

Namiq HUN

TodayPress TV

tag: Lando Norris,Mihael Şumaxer,F1,McLaren,Todaypress.tv,