“Milan” icarə müddəti bitən futbolçularla vidalaşdı

İdman

28.06.2025 15:10

“Milan” klubu hücumçu Joau Feliks və cinah oyunçusu Rikkardo Sottilya ilə yollarını ayırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.

Hər iki futbolçunun icarə müqaviləsinin müddəti başa çatdığı üçün klubdan ayrıldıqları bildirilib. 

Feliks 2025-ci ilin fevralında “Çelsi”dən icarəyə götürülmüşdü. O, “Milan”ın heyətində 21 oyuna çıxaraq 3 qol vurub və 1 assist edib.

Rikkardo Sottilya isə “Fiorentina”dan icarə olunmuşdu. O, “rossoneri”nin heyətində cəmi 8 oyunda meydanda olub. Futbolçu oyunlarda məhsuldarlığı ilə yadda qalmayıb.

Namiq HUN

tag: Milan,İcarə,Futbolçu,Vida,Todaypress.tv,

photo