Məşqçi sərxoş vəziyyətdə sükan arxasında yaxalandı
İdman
12.09.2025 12:54
“Baffalo Seybrs” hokkey klubunun oyunçu inkişafı üzrə məşqçisi Adam Meyr sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.
TodayPress TV TSN-ə istinadən xəbər verir ki, maşında üç uşaq olub.
Hadisədən sonra klub 46 yaşlı mütəxəssisi inzibati məzuniyyətə göndərib. Meyrə uşaqların təhlükəsizliyinə təhdid yaratmaqla ağırlaşdırıcı hallarda spirtli içki qəbul etmiş vəziyyətdə avtomobil idarəetmə ittihamı irəli sürülüb.
Məşqçi əvvəlcə alko-testdən imtina etsə də, sonradan razılaşıb. Nəticədə onun qanında icazə verilən normadan iki dəfədən çox spirt aşkar edilib.
Adam Meyr 11 mövsüm NHL-də çıxış edib, bunun 7-ni “Baffalo Seybrs” klubunda keçirib. O, 2015-ci ildən isə komandanın oyunçu inkişafı üzrə məşqçisi vəzifəsində çalışır.
Namiq HUN
tag: Adam Meyr,Sərxoş,Sürücü,Saxlanılma,Todaypress.tv,