“Liverpul”dan bahalı transfer açıqlaması
İdman
01.08.2025 11:55
“Liverpul” klubunun baş məşqçisi Arne Slot kolumbiyalı futbolçu Luis Diasın Münhen “Bavariya”sına transferini şərh edib.
TodayPress TV xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə “The Athletic”ə açıqlamasında bildirib.
“Luis, bizimlə birlikdə Premyer Liqanı qazandığımız oyunçudur. O, çox keyfiyyətli futbolçudur. Diasın klubdan ayrılması müəyyən mənada kədərlidir. Amma digər tərəfdən, biz onu çox yüksək məbləğə satdıq. Bildiyiniz kimi, “Liverpul” uzun illərdir inanılmaz futbolçuları cəlb edir. Amma strategiyamızın bir hissəsi də odur ki, bəzən oyunçu satmaq məcburiyyətindəyik. Luisin bir neçə il bizə xidmət etməsi və sonra böyük gəlirlə satılması çox uğurlu transfer siyasəti oldu," Arne Slot deyib.
Xatırladaq ki, 75 milyon avroya “Bavariya”ya transfeer olunan Luis Dias 2021-ci ildən “Liverpul” klubunun formasını geyinirdi. O, “qırmızılar”la müqaviləyə imza atdığı gündən komandanın əsas fiqurlarından birinə çevrilmişdi.
Namiq HUN
tag: Liverpul,Transfer,Açıqlama,Klub,Todaypress.tv,