“Liverpul” ulduzu ərəb klublarından qeyri-adi təklif aldı
İdman
31.10.2025 09:32
“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı klublarının əsas transfer hədəfi olaraq qalır.
TodayPress TV TBR Football nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı misirli futbolçuya illik təxminən 170 milyon avro məvacib təklif olunub.
Bildirilir ki, Salah gələcəkdə klubun payçısı ola və turizm səfiri kimi çıxış etmək imkanı da əldə edə bilər.
Salah bu təklifi qəbul edərsə, onun gəliri “Əl-Nəsr”ın hücumçusu Kriştianu Ronaldunun səviyyəsinə yaxınlaşacaq. Portuqaliyalı ulduzun illik maaşı təxminən 200 milyon avro təşkil edir.
Qeyd edək ki, cari mövsümdə Salah “Liverpul”un heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
Namiq HUN
tag: Salah,Liverpul,Klub,Təklif,Todaypress.tv,
 
        
 
                                ![Azərbaycanlı məşqçi [[ICC-də]]](/uploads/news/68a861c489f4f.webp) 
                                            ![“Haas” veteranı [[Romen Qrojan]] “Formula1” sükanına geri döndü](/uploads/news/68d67e563ef77.webp) 
                                            ![[["Yuventus"un]] yeni baş məşqçisi açıqlandı](/uploads/news/6903a49a76b38.webp) 
                                            ![[[Klublararası DÇ:]] "Real"ın qazandığı mükafatın məbləği müəyyənləşdi](/uploads/news/68846a8f492e1.webp) 
                                            ![[[U-17 millimiz]] Fransaya 8 cavabsız qolla uduzdu](/uploads/news/68e6b464ba65e.webp) 
                                            ![[[Azərbaycan çempionatında]] yeni mövsümün püşkü atıldı](/uploads/news/68d2d5e852f68.webp) 
                                            ![[["Zirə" Türkiyə]] klubuna qalib gəldi](/uploads/news/6876862eaf956.webp) 
                                            ![Gimnastlarımız Universiadada [[ilk medalını]] qazandı](/uploads/news/687b742976519.webp) 
                                            !["Real" 16 yaşlı futbolçunu [[transfer edir]]](/uploads/news/6845781eed7cc.webp) 
                                            ![Azərbaycanın UEFA reytinqində [[əmsalını artırdı]]](/uploads/news/68de1a82eac45.webp) 
                                            