Klublararası DÇ: Fırtına “Əl-Əhli”yə imkan vermədi
İdman
20.06.2025 09:11
Futbol üzrə klublararası dünya çempionatında 2-ci tura start verilib.
TodayPress TV xəbər verir ki, mundialın A qrupunda baş tutan qarşılaşmalar “Palmeyras”ın inamlı qələbəsi, “İnter Mayami”nin isə geridönüşü ilə yadda qalıb.
“Palmeyras” Misirin “Əl-Əhli” klubu ilə qarşılaşıb. Vessam Əbu Əli (49 dəq.) avtoqolu ilə sanbaçıları hesabda irəli çıxarıb. Braziliya təmsilçisinin qələbə qolunu isə 59-cu dəqiqədə Xose Manuel Alberto Lopes vurub 2:0.
Oyun 62-ci dəqiqədə güclü fırtına səbəbindən yarımçıq dayandırılıb. Qarşılaşma yalnız 40 dəqiqəlik fasilədən sonra bərpa olunub.
Qrupun digər oyununda “İnter Mayami” “Portu” ilə qarşılaşıb. Hesabı Samu Aqexovanın (8 dəq.) penalti vuruşu ilə portuqaliyalılar açsalar da, amerikalılar fasilədən sonra geridönüş edə biliblər. Telasko Seqoviya (47 dəq) oyunda statis-kvonu bərpa edib. Matçın 54-cü dəqiqəsində isə Lionel Messi “İnter Mayami”nin qələbə qolunu vurub 2:1.
İki turdan sonra A qrupunda ikihakimiyyətlikdir. “Palmeyras” və “İnter Mayami” klubları 4 xalla qrup liderilyini bölüşürlər.
Namiq HUN
tag: Dünya çempionatı,Mundial,İnter Mayami,Əl-Əhli,Todaypress.tv,