İsak Hacar “ağıl döyüşünə” hazırdır
İdman
30.10.2025 12:32
21 yaşlı Fransa-Əlcəzair əsilli “Formula-1” üzrə “Racing Bulls” komandasının pilotu İsak Hacar 2026-cı il mövsümündə əsas üstünlüyün nədən asılı olacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Racingnews365 nəşri məlumat yayıb.
İsak Hacar hesab edir ki, yeni texniki qaydalar şəraitində sürücülərin əsas üstünlüyü onların düşüncə qabiliyyəti və komanda ilə düzgün əməkdaşlığı olacaq.
“Gələn il inkişaf prosesi çox genişmiqyaslı olacaq. Mənim komandaya verdiyim rəy və bütün məlumatlar düzgün istiqamətə yönəlməlidir – bu çox vacibdir. Mən anlayıram ki, cari mövsüm gələn ilə hazırlıq mərhələsidir. 2026-cı il elə bir mövsüm olacaq ki, orada sürücülərin beyni həlledici rol oynayacaq”, – deyə Hacar bildirib.
Qeyd edək ki, İsak Hacar 2025-ci ildə “Racing Bulls”un heyətində “Formula-1”də debüt edib. O, bu seriyaya “Formula-2”nin vitse-çempionu statusu ilə keçib.
Namiq HUN
tag: İsak,Hacar,Formula,Fransa,Todaypress.tv,
