Gyökereş ənənəni davm etdirəcək?
İdman
01.08.2025 10:47
London “Arsenal”ının yeni transferi Viktor Gyökereş klub tarixinin əfsanəvi futbolçusu Tyerri Anrinin vaxtilə geyindiyi 14 nömrəli formanı seçməsinin səbəbini izah edib.
TodayPress TV xəbər verir ki, Gyökereş bu barədə BBC-yə açıqlamasında bildirib.
“Əlbəttə, nömrənin tarixçəsini yaxşı bilirəm. Düzünü desəm, seçim çox deyildi. Mövcud nömrələr arasında ən uyğun olanı bu idi. Ona görə də bu seçim mənə ən məntiqli gəldi və qəbul etdim. Özümü onunla müqayisə etmək fikrim yoxdur – xüsusən də burada, “Arsenal”da. Sadəcə işimi görmək və öz bacarığımı göstərmək istəyirəm. O, möhtəşəm futbolçu idi, amma mən fərqliyəm. Mən öz yolumla getmək istəyirəm,” Gyökereş deyib.
Qeyd edək ki, Viktor Gyökereş son mövsüm Portuqaliyanın “Sportinq” klubunun heyətində bütün turnirlərdə 52 oyunda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Arsenal,Gyökereş,Forma,Ənənə,Todaypress.tv,