Frenki de Yonq Niderland yığmasından ayrıldı
İdman
09.09.2025 14:55
“Barselona” klubu Frenki de Yonqun zədəsi ilə bağlı açıqlama yayıb.
TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçi Frenki de Yonqun zədələnməsi barədə rəsmi məlumat yayıb.
Futbolçu zədə səbəbindən Niderland yığmasının düşərgəsini tərk edib.
Rəsmi açıqlamada qeyd olunur:
“Frenki de Yonq sağ ayağının xarici qapayıcı əzələsindən yüngül zədə alıb. Onun bərpa prosesi meydana qayıdış vaxtını müəyyən edəcək”.
De Yonq Niderland yığmasının Polşa ilə (1:1) keçirilən oyununda start heyətində yer alıb və 83-cü dəqiqədə zədələndiyi üçün əvəzlənib.
Qeyd edək ki, cari mövsümdə futbolçu La Liqada iki oyunda iştirak edib. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında de Yonqun bazar dəyəri 45 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Frenki de Yonq,Niderland,Klub,Ayrılıq,Todaypress.tv,