Fernandeş 116 milyon avrodan imtina etdi
İdman
16.08.2025 14:30
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan aldığı böyük təklifə baxmayaraq, komandasını tərk etməməsinin səbəblərini açıqlayıb.
TodayPress TV xarici mətbuata istinadən xəbər verir ki, “Əl-Hilal” portuqaliyalı yarımmüdafiəçi üçün 100 milyon funt sterlinq (təxminən 116 milyon avro) ödəməyə hazır olub.
Fernandeş qərarını belə izah edib:
“Burada hələ də reallaşdırmadığım arzularım var. Düşünürəm ki, kluba hələ çox şey verə bilərəm. Həmişə demişəm ki, klub məni istədiyi müddətə qədər qalacağam. Bilirəm ki, bu, “Mançester Yunayted” üçün çətin qərar idi, çünki söhbət misilsiz məbləğdən gedirdi. Amma bura, mənim olmaq istədiyim yerdir. Xəyallarımı reallaşdırmaq və mümkün qədər çox titul qazanmaq istəyirəm”, – deyə futbolçu bildirib.
Namiq HUN
tag: Bruno Fernandeş,Transfer,İmtina,Klub,Todaypress.tv,