Fatinin “Monako”ya keçidinin maliyyə detalları açıqlandı

İdman

28.06.2025 11:50

“Barselona” klubu 22 yaşlı cinah hücumçusu Ansu Fatinin Fransanın “Monako” klubuna icarəyə verilməsi ilə bağlı razılığa gəlib.

TodayPress TV “Sport.es” saytına istinadən xəbər verir ki, keçid Kataloniya təmsilçisinə əməkhaqqı xərclərinə görə təxminən 8 milyon avro qənaət imkanı yaradacaq. 

Bildirilir ki, icarə müqaviləsi bir mövsümlük nəzərdə tutulub və “Monako” futbolçunu 11 milyon avroya birdəfəlik transfer etmək hüququna sahib olacaq. Əgər bu bənd aktivləşdirilərsə, “Barselona”nın Fatini geri almaq imkanı olmayacaq.

Xatırladaq ki, Fati son mövsüm “Barselona”nın heyətində cəmi 11 matçda iştirak edib və məhsuldarlıqla seçilməyib. Onun “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 

“Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 5 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: Barselona,Ansu Fati,Monako,Transfer,Todaypress.tv,