Dani Alves dini yola qədəm qoydu
İdman
28.10.2025 09:42
Keçmiş “Barselona” futbolçusu Dani Alves İspaniyada yerləşən evanqelist kilsələrdən birində vaiz olub.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, 42 yaşlı braziliyalı müdafiəçi hazırda pastor Cimmi Martinin rəhbərlik etdiyi Jirona şəhərinin “Elim” adlı kilsəsində tez-tez çıxışlar edir. Kilsədə ibadətlər çərşənbə axşamı və bazar günləri keçirilir.
Alves ibadətlərdən birində öz həyat hekayəsini bölüşüb:
“Allaha inanmaq lazımdır. Mən bunun canlı sübutuyam. Onunla əhd bağlamışam. Həyatımda fırtına və qarışıqlıq olanda belə, həmişə Tanrının bir elçisi olur. Mənim ən çətin anımda o elçi məni inanca gətirdi və kilsəyə yönəltdi. İndi mən bu yolçuluğa onun sayəsində davam edirəm.”
Xatırladaq ki, 2025-ci ilin mart ayında Kataloniya Ali Cinayət Məhkəməsi Alvesi zorlamada təqsirsiz elan edib.
Namiq HUN
tag: Dani Alves,Sabiq futbolçu,Din,Vaiz,Todaypress.tv,
