Daha bir boksçumuz mundialın yarımfinal mərhələsinə yüksəldi

İdman

11.09.2025 09:31

Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kq) da İngiltərədə keçirilən boks üzrə dünya çempionatında 1/4 final mərhələsini qələbə ilə başa vurub.

TodayPress TV xəbər verir ki, boksçumuz Liverpul turnirində yarımfinala gedən yolda Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. 

Cəfərov rəqibi üzərində 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Bu uğur sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı təmin edib.

Səidcəmşid Cəfərov yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 14-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

tag: Boks,Yarış,Final,Mərhələ,Todaypress.tv,