Cokoviçdən sensasion etiraf
İdman
14.06.2025 17:09
Serbiyalı tennisçi Novak Cokovic heç vaxt Rocer Federer və Rafael Nadal kimi azarkeş dəstəyi almadığını etiraf edib.
TodayPress TV xəbər verir ki, bu barədə “20 Minuten”də yazılıb.
Cokoviç dünya tennisinin elitasına yüksəlməsini xatırlayıb.
“Mən heç vaxt Federer və Nadal kimi sevilməmişəm, çünki orada olmamalı idim. Mən balaca oğlan idim, gəlib “Mən bir nömrə olacağam” deyən üçüncü oğlan idim. Bu, çoxlarının xoşuna gəlmirdi. Mən özümü arzuolunmaz uşaq kimi hiss edirdim”, - Novak deyib.
Cokoviç hansı əfsanəvi tennisçilərlə həmişə yaxşı ünsiyyətdə olduğunu da açıqlayıb.
“Mən hər zaman həm Rafaelə, həm də Federerə hörmət etmişəm, onlar haqqında heç vaxt pis söz deməmişəm və deməyəcəm də. Mən onları həmişə yuxarıda gördüm, bundan sonra da belə olacaq. Əsasən Nadalla həmişə daha yaxşı münasibətim olub”, - Cokoviç bildirib.
Qeyd edək ki, dünya tennisinin əfsanələrindən olan serbiyalı raketka ustası karyerası ərzində 24 dəfə “Böyük Dəbilqə” turnirlərini qazanıb.
Namiq HUN
tag: Novak Cokoviç,Tennis,Sensasion,Açıqlama,Todaypress.tv,