“Beşiktaş” Sulşerlə bağlı yayılan şayiələri təkzib etdi

İdman

04.08.2025 10:02

“Beşiktaş” klubu baş məşqçi Ole-Qunnar Sulşerin vəzifəsindən azad edilməsi və onun yerinə Nuri Şahinin təyin olunacağı ilə bağlı yayılan xəbərləri rəsmi olaraq təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə “qara qartallar”ın rəsmi saytında yayılan açıqlamada bildirilib:

“Xarici mənbələrə əsaslanaraq yazılı və elektron mediada yayımlanan, baş məşqçimiz Ole-Qunnar Sulşer ilə yollarımızı ayıracağımız və onun yerinə Nuri Şahinlə müqavilə imzalayacağımız barədə məlumatlar həqiqəti əks etdirmir.”

Xatırladaq ki, daha əvvəl mətbuatda “Beşiktaş” rəhbərliyinin UEFA Avropa Liqasının təsnifat mərhələsində Ukraynanın “Şaxtyor” klubuna iki oyunun nəticəsinə görə 2:6 hesabı ilə uduzmasından sonra baş məşqçi dəyişikliyi barədə düşündüyü bildirilmişdi. Əsas namizəd kimi isə Nuri Şahinin adı çəkilirdi.

Namiq HUN

tag: Beşiktaş,Sulşer,Şayiə,Təkzib,Todaypress.tv,