“Barselona” borcların ödəniləcəyi son tarixi açıqladı

İdman

28.06.2025 15:40

“Barselona” klubu 2020-ci ildən qalan əməkhaqqı borclarının ödənilməsini yekunlaşdırmaq üzrədir. 

TodayPress TV xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.

Bildirilir ki, iyunun 30-da son ödəniş həyata keçiriləcək və ümumilikdə 16 milyon avro məbləğində vəsait həmin dövrdə maaşlarını təxirə salmağa razılaşan futbolçular və məşqçilər arasında bölüşdürüləcək.

Borcu ödəniləcək şəxslər arasında Lionel Messi, Serxio Buskets, Jordi Alba, Usman Dembele və Antuan Qrizmannın da adı çəkilir. 

Bildirilir ki, klubun ən böyük borcu Messi ilə bağlıdır. Argentinalı ulduz futbolçuya son ödənişin məbləği 5.95 milyon avro olacaq. Messinin ətrafı “Barselona”nın maliyyə öhdəliklərini tam və düzgün şəkildə yerinə yetirdiyini qeyd edib.

Namiq HUN

tag: Barselona,Borc,Klub,Futbolçu,Todaypress.tv,