“Barselona” “Arsenal”ın kapitanına elçi çıxdı
İdman
01.11.2025 15:03
“Barselona”klubu İngiltərənin “Arsenal” klubunun kapitanı və yarımmüdafiəçisi Martin Edeqoru transfer siyahısına daxil edib.
TodayPress TV xəbər verir ki, bu barədə Indykaila sosial şəbəkə “X”də məlumat yayıb.
Bildirilir ki, Kataloniya təmsilçisi norveçli futbolçunun karyerasında ciddi dəyişikliklərə hazır olduğunu düşünür. “Barselona” Edeqoru iyun ayında heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Martin Edeqor “Arsenal”a 2021-ci ilin yayında keçib. 26 yaşlı futbolçu ötən müddət ərzində bütün turnirlərdə 205 oyuna çıxıb, 41 qol vurub və 40 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalında futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Barselona,Arsenal,Klub,Təklif,Todaypress.tv,
