"Arsenal" qadın futbolu üzrə transfer rekordu qırdı

İdman

17.07.2025 16:23

"Arsenal" İngiltərənin "Liverpul" klubundan kanadalı hücumçu Olivia Smiti təxminən 1,15 milyon avro müqabilində transfer edərək qadın futbolu tarixində ən böyük transfer məbləğini yeniləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Komanda bu transferlə yanvar ayında amerikalı müdafiəçi Naomi Girmanın "Çelsi"yə 1 milyon avro qarşılığında keçməsi ilə qırılan qadın futbolu transfer rekordunu da aşıb.

“Arsenal" ilə müqavilə imzalamaq mənim üçün böyük şərəf və fürsətdir”, - deyə Smit bildirib.

O, ötən mövsüm İngiltərə Super Liqasında yeddi qol vurub.

Xatırladaq ki, "Arsenal" ötən mövsüm qadınlar arasında UEFA Çempionlar Liqasını qalib kimi başa vuraraq finalda "Barselona"ya 1-0 hesabı ilə qalib gəlib.

Töhfə Səməd

tag: Arsenal,Liverpul,Olivia Smit,Todaypress.tv,