Vətən Müharibəsi Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirildi
Hərbi
22.10.2025 17:39
Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Həmidov Şükür Nəriman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.
Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
tag: MN,Şükür Həmidov,Anım günü,Tədbir,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                ![Hərbi attaşelər [[Naxçıvana səfər]] etdi](/uploads/news/68394e15cfb2f.webp) 
                                            ![Pirəkəşküldə [[yararsız döyüş sursatları]] məhv ediləcək](/uploads/news/68ac011d86a9b.webp) 
                                            ![Silahlı Qüvvələr Günündə hərbi orkestrlərin müşayiəti ilə [[yürüşlər keçirildi]]](/uploads/news/685d3ecd632fc.webp) 
                                            ![MN [[hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyətlə bağlı]] vətəndaşlara yenidən müraciət etdi](/uploads/news/68c5423f69980.webp) 
                                            ![[[Şəhid leytenant Siyavuş Muradovun]] xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi](/uploads/news/6897296f29d4a.webp) 
                                            ![[[Müdafiə naziri]] Çinə işgüzar səfər etdi](/uploads/news/68cbc781e47cc.webp) 
                                            ![Pirəkəşküldə [[yararsız döyüş sursatları]] məhv ediləcək](/uploads/news/685265f6259d8.webp) 
                                            ![Pakistanda keçirilən kursda iştirak edən [[hərbi qulluqçularımız Vətənə qayıtdı]]](/uploads/news/6838015230de8.webp) 
                                            ![[[Türkiyə MMU-nun nümayəndə heyəti]] ölkəmizdə səfərdədir](/uploads/news/685abc6e2ebe8.webp) 
                                            ![Azərbaycan Ordusu [["Qətiyyətli Güc-2025" təlimində]] iştirak etdi](/uploads/news/684037ff948b1.webp) 
                                            