İran gəmiləri Xəzərdə birgə təlim üçün Azərbaycana gəldi
Hərbi
15.10.2025 17:30
Azərbaycanda keçiriləcək "AZİREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət Azərbaycanın ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.
Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.
Sonra İran Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və "AZİREX-2025" birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.
Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.
tag: MN,İran,Gəmi,Azərbaycan,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                 
                                            ![Silah və texnika [[yaz-yay mövsümü]] istismarı rejiminə keçirildi](/uploads/news/6826ef18babbc.webp) 
                                            ![Azərbaycan Ordusunun [[Baş Qərargah rəisi]] Səudiyyə Ərəbistanına səfərə getdi](/uploads/news/686b82c088794.webp) 
                                            ![Rusiyada [[təhsilini bitirən hərbçilərə]] diplomlar təqdim edildi](/uploads/news/68593b00cd47f.webp) 
                                            ![Müdafiə Nazirliyi [[Pakistanı Müstəqillik Günü münasibətilə]] təbrik etdi](/uploads/news/689dc83719d16.webp) 
                                            ![Müdafiə Nazirliyi [[hərbi hissədə]] mediatur keçirdi](/uploads/news/689af6544a66f.webp) 
                                            ![[[Azərbaycan-Pakistan]] hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edildi](/uploads/news/6880d6cdb4597.webp) 
                                            ![ƏÜO müddətdən artıq [[həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu]] elan edir](/uploads/news/68e669089f5a5.webp) 
                                            ![Hərbi qulluqçularla [[maarifləndirici tədbirlər]] keçirilir](/uploads/news/6863a34569ad0.webp) 
                                            ![[[MN:]] Ordumuzun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb](/uploads/news/6890c61ea78d5.webp) 
                                            