Azərbaycanlı zabitə “Tələbələrin şərəf qılıncı” təqdim edildi
Hərbi
24.10.2025 00:34
Azərbaycan və İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əlaqələr uğurla davam etdirilir.
Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov İtaliya Respublikasının ölkəmizdəki hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vizzini ilə görüşüb.
Görüşdə Azərbaycan-İtaliya HDQ-lərinin hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Sonda italiyalı qonaq "Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini 2024-2025-ci tədris ilində fərqlənmə ilə bitirən leytenant Hümbət Qasımova İtaliya HDQ komandanı adından “Tələbələrin şərəf qılıncı” xatirə hədiyyəsini və sertifikatı təqdim edib.
tag: Azərbaycan, Tələbə, Şərəf Qılıncı, MN, todaypress.tv,
 
        
 
                                ![[[Baş Qərargah rəisi]] Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət etdi](/uploads/news/68d24ccf0970e.webp) 
                                            ![Azərbaycan Ordusu [["Qətiyyətli Güc-2025" təlimində]] iştirak etdi](/uploads/news/684037ff948b1.webp) 
                                            ![PUA Akademiyasının [[buraxılış mərasimi]] keçirildi](/uploads/news/688cb19b5dd9b.webp) 
                                            ![[[Kərim Vəliyev]] Türkiyənin milli müdafiə naziri ilə görüşdü](/uploads/news/685e510f8bca1.webp) 
                                            ![[[Azərbaycan və Türkiyə MMU]] birgə hərb oyunu keçirdi](/uploads/news/68568d8d0b731.webp) 
                                            ![Bakıda [[strateji kommunikasiyalar]] mövzusunda kurs keçirildi](/uploads/news/689de151117d1.webp) 
                                            ![Kərim Vəliyev [[Türkiyəyə getdi]]](/uploads/news/685d165759e3f.webp) 
                                            ![[[Azərbaycan və Özbəkistan]] ali hərbi məktəbləri arasında memorandum imzalandı](/uploads/news/68f1f6a88b3d5.webp) 
                                            ![Zakir Həsənov [[ali hərbi rütbələr verilən]] hərbi qulluqçularla görüşdü](/uploads/news/685c04a6041f7.webp) 
                                            ![[[Şəhid leytenant Siyavuş Muradovun]] xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi](/uploads/news/6897296f29d4a.webp) 
                                            