Azərbaycan Ordusunda praktiki məşğələlər icra olundu - VİDEO

Hərbi

10.09.2025 10:34

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib. 

TodayPress TV xəbər verir ki, daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarına çıxarılan bölmələr qarşıya qoyulmuş tapşırıqları normativlərə uyğun yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas diqqət qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsinə yönəldilib.

Hərbi qulluqçular praktiki məşğələlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.

TodayPress TV

tag: MN,Ordu,Praktiki,Məşğələ,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo