Azərbaycan ordusunda "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilir
Hərbi
26.05.2025 16:37
Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində "İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.
TodayPress TV xəbər verir ki, tədbirlərdə hərbi qulluqçularla insan və vətəndaş hüquqları və azadlıqları barədə maarifləndirici söhbətlər aparılır, videoçarxlar nümayiş etdirilir.
Çıxışlar əsnasında qeyd olunur ki, 18 iyun 1998-ci il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib.
Bu mühüm təşəbbüsün davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixi insan hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən sistemli və ardıcıl tədbirlərin, beynəlxalq insan hüquqları standartlarına uyğun islahatların və bu sahədəki nailiyyətlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edən İnsan Hüquqları Günü kimi təsis olunub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may - 18 iyun tarixləri ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edildiyi hərbi qulluqçuların diqqətinə çatdırılır.
Keçirilən tədbirlər zamanı qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsipləri təbliğ olunub, şəxsi heyəti maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
tag: Azərbaycan,Ordu,İnsan HüquqlarAylığı,Tədbir,Todaypress.tv,
 
        
 
                                ![Baş Qərargah rəisi [[Belqradda keçirilən hərbi paradda]] iştirak etdi](/uploads/news/68cea901a0ba3.webp) 
                                            ![Azərbaycan Ordusunda [[“Ən yaxşı IT mütəxəssisi”]] adı uğrunda yarış keçirildi](/uploads/news/686fa23655f66.webp) 
                                            ![XTQ-də çoxmillətli təliminin [[planlaşdırma konfransı]] keçirildi](/uploads/news/684914c7ecf8a.webp) 
                                            ![Xüsusi təyinatlı təhsil müəssisələrində [[Beynəlxalq Müəllimlər Günü]] qeyd olundu](/uploads/news/68e1128e2e1ef.webp) 
                                            ![ƏÜO-nun hərbi qulluqçuları [[Türkiyədə keçirilən komando kursunda]] iştirak edirlər](/uploads/news/68adb66e402f2.webp) 
                                            ![Hərbi hüquqşünaslarla [[təlim-metodiki toplanış]] keçirildi](/uploads/news/68b18e3957146.webp) 
                                            ![Heydər Əliyev adına Hərbi İnstitutda [[NATO proqramı çərçivəsində]] treyninq keçirilir](/uploads/news/68dd30043f149.webp) 
                                            ![Pakistanda keçirilən kursda iştirak edən [[hərbi qulluqçularımız Vətənə qayıtdı]]](/uploads/news/6838015230de8.webp) 
                                            ![[[Baş Qərargah rəisi]] Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət etdi](/uploads/news/68d24ccf0970e.webp) 
                                            ![ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi [[- VİDEO]]](/uploads/news/68e4dbbc399e6.webp) 
                                            