Azərbaycan müdafiə naziri Özbəkistana səfər etdi
Hərbi
20.10.2025 18:48
Oktyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə "Birlik-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Səmərqəndə səfər edib.
TodayPress TV xəbər verir ki, Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı həmkarı ilə görüşüb.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
tag: Zakir Həsənov,General,Özbəkistan,Müdafiə ,Todaypress.tv,
 
                                             
                                             
        
 
                                ![[[Müdafiə Nazirliyi:]] Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır!](/uploads/news/68f329a9a6855.webp) 
                                            ![Qazaxıstanda [[Zakir Həsənova]] medal təqdim edildi](/uploads/news/6904b961b40cc.webp) 
                                            ![[[Zakir Həsənov]] Türkiyənin yeni hərbi attaşesini qəbul etdi](/uploads/news/68beee31ed0c4.webp) 
                                             
                                            ![[[“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur”]] adlı bədii proqram təqdim olundu](/uploads/news/68c036f98ed11.webp) 
                                            ![Azərbaycan Ordusunun [["Smerç” YARS bölməsi]] atışlar icra etdi](/uploads/news/6838201c536e7.webp) 
                                            ![[[“IDEF 2025”-də]] imzalanma mərasimi keçirildi](/uploads/news/6880e48d458be.webp) 
                                            ![Ağdərədə [[istismar müddəti bitmiş və yararsız]] döyüş sursatları məhv ediləcək](/uploads/news/6901d7a4e0fff.webp) 
                                            ![Hərbi qulluqçularla [[maarifləndirici tədbirlər]] keçirilir](/uploads/news/6863a34569ad0.webp) 
                                            ![General Həsənov vəzifəsindən azad edildi-  [[YENİ TƏYİNAT]]](/uploads/news/683b3d73d329a.webp) 
                                            