Yanğın təhlükəli sexlərin fəaliyyəti dayandırıldı
Hadisə
20.08.2025 11:14
Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonundakı qapı-pəncərə istehsalı sexlərində yoxlama keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, onların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Eyni zamanda həmin obyektlərin lisenziyasız fəaliyyət göstərdiyi aşkarlanıb.
Bununla yanaşı, Biləcəridə yerləşən filtr istehsalı sexində də yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.
Bu baxımdan sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və sənədin bir nüsxəsi obyekt nümayəndələrinə təqdim edilib.
tag: FHN,Yanğın,Təhlükə,Obyekt,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                ![[[Yevlaxda]] oğul atasını bıçaqladı](/uploads/news/68addd68a40eb.webp) 
                                             
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[43 nəfər]] saxlanıldı](/uploads/news/68a6c46020deb.webp) 
                                            ![Yanğında zəhərlənənlərin vəziyyəti açıqlandı [[- RƏSMİ]]](/uploads/news/68ba87818fed6.webp) 
                                            ![Ekoloji [[hüquqpozmalara qarşı mübarizə]] davam etdirilir](/uploads/news/683852831ea01.webp) 
                                            ![Daha iki tiktoker [[ev dustaqlığına]] buraxıldı](/uploads/news/683f1937d4e12.webp) 
                                            ![İtkin düşən [[5 nəfər]] tapıldı](/uploads/news/688082fa07ecd.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[25 nəfər]] saxlanıldı](/uploads/news/68ef4a83397f1.webp) 
                                            ![Bakı və Sumqayıt şəhərlərində [[silah-sursat]] aşkarlandı](/uploads/news/685516427fb41.webp) 
                                            ![Ziyəddin Səfərovun ölüm səbəbinə dair [[EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb]]](/uploads/news/6863949a4aaa9.webp) 
                                            