Yanğın baş verən xəstəxanada bərpa işləri aparılır - YENİLƏNDİ

Hadisə

11.06.2025 13:03

Gəncə şəhərində oksigen kompressorunun yandığı xəstəxanada bərpa işləri aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, iyunun 11-də saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.

Bildirilib ki, hadisə ilə əlaqədar iki pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.

Əlavə edək ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.

***

12:15

Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür.

TodayPress TV xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb.

Hazırda xəstəxananın reanimasiya şöbəsində olan pasiyentlər Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür.

İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.

Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.

tag: Gəncə,Xəstəxana,Partlayış,Balon,Todaypress.tv,