Xaçmazda narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı
Hadisə
17.06.2025 11:51
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Nail Ağabalayev saxlanılıb.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram marixuana, 1 ədəd “Makarov” markalı silah və patronlar aşkarlanıb.
Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,
