Terrorçuluq barədə yalan məlumat verən şəxsə hökm oxundu

Hadisə

10.06.2025 13:36

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 6 il 6 ay azadlıqdan məıhrum edilməsini istəyib. Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxuyub. Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.

İttihama görə, C.Cəfərov "102" qaynar xəttinə zəng edərək hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib.

(APA)

tag: Məhkəmə,Terror,Yalan,Cəza,Todaypress.tv,