“Sushi Club”da pozuntu aşkarlandı
Hadisə
31.10.2025 17:59
Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Tural Şakir oğluna məxsus “Sushi Club” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
TodayPress TV xəbər verir ki, ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
tag: AQTA,Monitorinq,Pozuntu,Qərar,Todaypress.tv,
 
        
 
                                ![Ağdaşda avtomobil aşdı -[[Xəsarət alan var]]](/uploads/news/68657125becbe.webp) 
                                            ![Göygöldə kişi [[küçədə öldü]]](/uploads/news/684b0252a8b0e.webp) 
                                            ![Bakıda [[saxlanılan rusiyalılar]] anaları ilə görüşdülər](/uploads/news/687802f6a6c9e.webp) 
                                             
                                            ![Liftdə köməksiz qalan [[şəxslər]] xilas edildi](/uploads/news/6850ffdfddbca.webp) 
                                            ![Hərbi cinayətlər törədən [[erməniəsilli şəxslərin cinayət işi üzrə]] məhkəmənin baxış iclası keçirilir](/uploads/news/68833d660d14e.webp) 
                                            ![20 kiloqrama yaxın [[narkotik vasitə]] aşkarlandı](/uploads/news/68b003041b119.webp) 
                                            ![Məcburi köçkün düşmüş, yaralanmış, mina qurbanı olmuş şəxslər [[məhkəmədə ifadə verdilər]]](/uploads/news/689e1dce6de5b.webp) 
                                            ![610 ədəddən çox [[çətənə kolu]] aşkarlandı](/uploads/news/689054db1675e.webp) 
                                            ![Fəaliyyətini [[qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin]] istismarı yenidən dayandırıldı](/uploads/news/689d8ebf2dca8.webp) 
                                            