Şuşada silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT

Hadisə

15.09.2025 18:00

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib. 

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

TodayPress TV

tag: DTX,DİN,ANAMA,Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.tv,