Şirvanda narkotik vasitələr satan iki nəfər saxlanıldı
Hadisə
21.06.2025 11:39
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər zamanı əvvəllər məhkum olunmuş Zaur Əmənov və Qurban Dəmirov saxlanılıblar.
Bu barədə TodayPress TV-yə DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.
Bundan əlavə, Q.Dəmirovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində sonuncunun bir neçə il əvvəl şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,
