Şəkidə silah və narkotik aşkarlandı
Hadisə
17.06.2025 09:56
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidov saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress TV-yə verilən məlumata görə, həmin şəxsdən 1 ədəd “Kalaşnikov” avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdiriyi çətənə kolları aşkarlanıb.
Davam etdirilən tədbirlərlə N.Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. V.Həşimovdan əlavə olaraq torpağa basdıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,

