"Sədərək” Ticarət Mərkəzindən yanğınla bağlı İLK AÇIQLAMA
Hadisə
24.08.2025 14:15
“Qaradağda baş vermiş yanğın zamanı "Sədərək” Ticarət Mərkəzinə zərər dəyməyib".
Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimov bunu TodayPress TV-yə açıqlamasında deyib.
"Yanğın başqa şirkətə məxsus anbarda baş verib", - deyə o bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat yayılıb. Yanğının söndürülməsi ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb.
Töhfə Səməd
tag: Sədərək,Yanğın,FHN,Todaypress.tv,
