Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi
Hadisə
22.08.2025 09:10
Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan TodayPress TV-yə bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.
tag: Sabirabad,Yanğın,Şəxs,Saxlanılma,Todaypress.tv,

