Qəbələdə qanunsuz tikinti söküldü

Hadisə

13.06.2025 10:16

Qəbələdə qanunsuz tikinti sökülüb. 

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Belə ki, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Zarağan kəndi ərazisində fiziki şəxs Əmrahov Habil Əli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. 

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

tag: FHN,Qəbələ,Tikili,Söküntü,Todaypress.tv,

photo
photo
photo