Ötən il bir yaşa qədər körpələrin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olub

Hadisə

18.08.2025 12:01

Ötən il bir yaşa qədər körpələr ən çox tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkib.

Bu barədə Dövlət Statistika Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, bu göstərici hər min nəfər körpəyə 289,7-dur.

Bundan başqa, sinir sisteminin və hissiyyat orqanlarının xəstəlikləri, yoluxucu və parazitar xəstəliklərə də yoluxma sayı yüksəkdir. Belə ki, sinir sisteminin və hissiyyat orqanlarının xəstəliklərinə hər min nəfər körpədən 94,6-sı, yoluxucu və parazitar xəstəliklərə isə 65,9-u yoluxub.

Məlumata əsasən, 2024-cü ildə bir yaşı olan körpələr arasında da ən çox tənəffüs orqanlarının (hər min nəfərə 30,8), sinir sisteminin və hissiyyat orqanlarının (hər min nəfərə 10,1) xəstəliklərinə rast gəlinib.

tag: Statistika,Körpə,Xəstəlik,Açıqlama,Todaypress.tv,