Lənkəranda qadın qətlə yetirildi, əri şübhəlidir
Hadisə
24.08.2025 13:00
Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə Lənkəran rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
10:00
Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib.
TodayPress TV xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.
1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.
Məlumata görə, Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
tag: Lənkaran,Qətl,Qadın ,Xəstəxana,Todaypress.tv,