Lənkəranda 18 kiloqram narkotik aşkarlandı
Hadisə
16.06.2025 13:34
Lənkəranda 18 kiloqram narkotik vasitə aşkarlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbirlər zamanı Şamaxı sakini, 65 yaşlı Əzizağa Səlimli, əvvəllər məhkum olunmuş Cəlilabad sakinləri, 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar.
Verilən məlumata görə, həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
İlkin araşdırma zamanı onların şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,
