Çörək maşınında narkotik daşıyan şəxs həbs olundu

Hadisə

05.06.2025 16:49

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Xəzər rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Bəhruz Şükürov tutulub.

Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib.

B.Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,