Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi
Hadisə
29.10.2025 16:27
Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb.
Məlumata görə, E.Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.
Prokurorluq bildirir ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.
İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib.
tag: Baş Prokurorluq,Elton Məmmədov,Rəsmi xəbərdarlıq,Mənimsəmə,Todaypress.tv,
 
        
 
                                ![Cinayət törətməkdə şübhəli bilinən [[57 nəfər]] saxlanıldı](/uploads/news/689c2fc36f482.webp) 
                                            ![NİİM [[yük avtomobillərinin]] sürücülərinə müraciət etdi](/uploads/news/685109488c19d.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[57 nəfər]] saxlanıldı](/uploads/news/68c7c9a4c17f3.webp) 
                                            ![Narkotikin təsiri altında [[avtomobil idarə edən]] şəxs saxlanıldı](/uploads/news/6904591b385f4.webp) 
                                             
                                            ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/68d267c8ab61e.webp) 
                                            ![Bakıda üç nəfər arasında "lezva"lı mübahisə [[– Polis bibər qazı ilə ayırdı]]](/uploads/news/68f32c55973ee.webp) 
                                            ![Goranboyda [[minik maşını yük maşın]]ı ilə toqquşdu](/uploads/news/687072506d6c6.webp) 
                                            ![Gəncədə moped qəzaya düşdü - [[Yaralanan var]]](/uploads/news/69011e5233aec.webp) 
                                            ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/68dd23f83bbe7.webp) 
                                            