Azərbaycanlı tələbə Türkiyədə qəzada öldü

Hadisə

31.10.2025 22:30

Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi Nicat Kazımlı avtomobil qəzasında həlak olub.

TodayPress TV xəbər verir ki, həmyerlimiz motosikletlə hərəkətdə olan zaman təcili yardım maşını tərəfindən vurulub.

Sinopdan gətirdiyi xəstəni Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasında düşürdükdən sonra geri qayıdan təcili yardım maşını yol qovşağında qırmızı işıqda keçib və qəzaya səbəb olub.

19 yaşlı gənc Tibb Fakültəsi Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Nicatın ölümünə bais olan sürücü Şakir Ü. hadisə ilə əlaqədar saxlanılıb və "ehtiyatsızlıqdan adam öldürmə" ittihamı ilə Samsun Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Nicat 3 uşaqlı ailənin sonbeşiyidir. O, ən yüksək balla Türkiyədəki universitetə daxil olmuşdu.

TodayPress TV

tag: Türkiyə, Samsun, Azərbaycanlı,Nicat Kazımlı , todaypress.tv,