Azər Qasımlının cinayət işi üzrə məhkəmə keçirildi
Hadisə
25.06.2025 20:30
Bakı Ağır Cinayətlər Məhkəməsində politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
TodayPress TV xəbər verir ki, proses hakim Telman Hüseynovun sədrliyi keçirilib.
Məhkəmədə təqsirləndirilən şəxsin vəkili Aqil Layıc hakimə etiraz edib. Vəkil daha sonra müvəkkili ilə məsləhətləşdikdən sonra etirazı geri götürüb.
Vəkil Rövşənə Rəhimli müvəkkilinin şüşə qəfəsdən çıxarılması və yanlarında əyləşdirilməsi ilə bağlı qaldırdığı vəsatət təmin olunmadı,
Azər Qasımlı bildirib ki, özünü iş üzrə təqsirli bilmir, əksinə, zərərçəkmiş şəxsdir. O, vəsatətlərin təmin edilməsini istəyib.
Məhkəmə həbs qətimkan tədbiriin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Digər vəsatətlərə isə növbəti prosesdə baxılacaq.
Aynur TAC
Proses iyulun 2-də davam etdiriləcək.
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
tag: Məhkəmə, Hakim, Azər Qasımlı,Aqil Layıc, todaypress.tv,
 
        
 
                                ![“Koroğlu” körpüsündə qəza oldu, sıxlıq yarandı [[- FOTO]]](/uploads/news/687f9116b6e4c.webp) 
                                            ![Tovuzda evdən [[kişi meyiti]] tapıldı](/uploads/news/68ceeecf243c8.webp) 
                                            ![Ayrı-ayrı rayonlarda [[silah-sursat]] aşkarlandı](/uploads/news/68e0d91098404.webp) 
                                            ![Tovuz sakini yanaraq [[öldü]]](/uploads/news/685652042d08f.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[54 nəfər]] saxlanıldı](/uploads/news/683fe909e9e17.webp) 
                                            ![DYP səfərə çıxan [[sürücülərə]] müraciət etdi](/uploads/news/68628c15bbdae.webp) 
                                            ![Sumqayıtda yaşayış binasında yanğın - [[8 nəfər təxliyə olundu]]](/uploads/news/68c9935d66065.webp) 
                                            ![İtkin düşən [[8 nəfər]] tapıldı](/uploads/news/683d462037d1e.webp) 
                                            ![[[Saxta orden və medal təsis edən]] QHT sədrləri cinayət məsuliyyətinə cəlb edildilər](/uploads/news/68dd39a8d514f.webp) 
                                            ![Son 6 ay ərzində [[4675 cinayət faktı]] aşkarlanıb](/uploads/news/687a48fe70f07.webp) 
                                            